Şəhərlərarası sərnişindaşıma ilə bağlı monitorinqlər aparılır

Şəhərlərarası sərnişindaşıma ilə bağlı monitorinqlər aparılır
  19 Noyabr 2019    Oxunub:1486
Noyabrın 1-dən etibarən Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən şəhərlərarası sərnişindaşımanın keyfiyyətini yüksəltmək məqsədilə monitorinq qrupu yaradılıb.
Azvision.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

O bildirib ki, monitorinqlər 3 istiqamətdə Bakı-Sumqayıt (Sumqayıt, Xırdalan, Masazır, Saray, Novxanı), Paytaxt-Region və əks istiqamət, Beynəlxalq istiqamətlər üzrə həyata keçirilir: "Bu səbəbdən noyabrın sonuna qədər davam edəcək cari monitorinqlərlə paralel, Respublikanın müxtəlif regionlarından paytaxta sərnişindaşıma zamanı qarşılaşdığınız problemləri qeyd etməyinizi rica edirəm".

Azvision.az



Teqlər: DANX  





Xəbər lenti