Millimizin oyununun hakimləri açıqlanıb

Millimizin oyununun hakimləri açıqlanıb
  18 Noyabr 2019    Oxunub:1942
21 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna milli komandaları arasında keçiriləcək yoldaşlıq oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, matçın baş hakimi Orxan Məmmədov olacaq. Ona Namiq Hüseynov və Rahil Ramazanov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəvan Həmzəzadə yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 19-u "Dalğa Arena"da keçiriləcək oyun saat 18:00-da start götürəcək.

Azvision.az



Teqlər: AFFA   Hakim   Təyinat  





Xəbər lenti