“Hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir” - Vasif Talıbov

“Hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir” -  Vasif Talıbov
  18 Noyabr 2019    Oxunub:3193
"Bu günlər sərhədlərdə məhəlli münaqişələr baş verir, ancaq buna baxmayaraq, sizin rəhbərliyinizlə, qayğınızla muxtar respublikada yerləşən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin birləşmə və hissələri uğurlu yol keçib, Əlahiddə Ümumqoşun Ordusu korpusdan Əlahiddə Ümumqoşun Ordusuna qədər yol keçibdir. Bu da sizin qayğınızla yaradılıb"
Azvision.az xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov noyabrın 18-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. Onun sözlərinə görə, alınmış silah-sursatla bu gün muxtar respublikanın ordusu lazımınca təmin olunur:

"Hazırda muxtar respublikada yerləşən birləşmə və hissələrdə qəbul edilmiş planlara uyğun olaraq təlimlər və nəzəri işlər həyata keçirilir. Eyni zamanda, hazırda muxtar respublikanın əsgəri məişət komplekslərinin yaxşılaşdırılması sahəsində işlər gedir, hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir. Bir sözlə, Sizin qayğınızla muxtar respublikanın müdafiəsi üçün orada yerləşən hərbi hissələr hər bir tapşırığı yerinə yetirməyə tam hazırdır", - deyə V.Talıbov əlavə edib.

Prezident İlham Əliyevin dağ postlarına təchizatın təşkili ilə bağlı sualına Ali Məclisin Sədri belə cavab verib: "Demək olar ki, hamısına yollar çəkilibdir. Bəzi postlarımız var ki, onların təminatı avqust-sentyabr aylarında həyata keçirilir. Bütün hamısı ilə əlaqəmiz var, gələn ilin iyun ayına qədər təminat artıqlaması ilə həyata keçirilibdir və xidmətin aparılmasında heç bir problem yoxdur".

Azvision.az


Teqlər: Naxçıvan   İlham-Əliyev  





Xəbər lenti