Polis maşını saxladı, sürücü hadisə yerindən qaçdı

Polis maşını saxladı, sürücü hadisə yerindən qaçdı
  18 Noyabr 2019    Oxunub:16125
Yeni Ələt-Astara yolunda polis əməkdaşları tərəfidnən saxlanılan avtomobil sürücüsü sərnişini ilə birgə hadisə yerindən qaçıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 16-da saat 7 radələrində Yeni Ələt-Astara yolunun 47-ci kilometrliyində Kürdəmir rayon sakini M.İbrahimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil konstruksiyaları dəyişdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşları tərəfindən saxlanılıb.

Akt tərtib edilərkən sərnişin Y.Fətəliyev əlində olan balaca bükümü yerə ataraq sürücü ilə birlikdə hadisə yerini tərk ediblər.

Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə Y.Fətəliyev saxlanılaraq narkotik vasitə ilə birgə Salyan Rayon Polis Şöbəsinə təhvil verilib. Araşdırmalarla həmin bükümdə 20 qramdan artıq heroin və 0,170 qram metamfetaminin olması müəyyən edilib.

Sürücünün saxlanılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

Azvision.az



Teqlər: DİN   Maşın   Narkotik  





Xəbər lenti