BANM-a yeni mətbuat katibi təyin olunub

BANM-a yeni mətbuat katibi təyin olunub
  18 Noyabr 2019    Oxunub:2821
Bakı Ali Neft Məktəbinin (BANM) İctimaiyyətlə əlaqələr şöbəsinə yeni rəis təyin olunub.
Ali Məktəbdən Azvision.az -a verilən məlumata görə, bununla bağlı rektor Elmar Qasımov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifə Zamirə Ədilovaya həvalə olunub. O, noyabrın 14-dən vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunu olan Z.Ədilova ilk əmək fəaliyyətinə “525-ci qəzet”də başlayıb. Daha sonra uzun müddət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində ictimaiyyətlə əlaqələr işinin təşkilinə cavabdeh olub.

2015-ci ildən Nazirliyin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində çalışıb və fəaliyyəti dövründə İKT-nin, eləcə də, Mətbuatın inkişafında xidmətlərinə görə dəfələlə “Fəxri Fərman”larla təltif olunub. “İnformasiya Cəmiyyətinin jurnalisti” müsabiqəsinin qalibidir.

Azvision.az



Teqlər: BANM  





Xəbər lenti