Ramiz Mehdiyev gürcü akademiklə görüşüb

Ramiz Mehdiyev gürcü akademiklə görüşüb
  18 Noyabr 2019    Oxunub:1993
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli ilə görüşüb.
Azvision.az xəbər verir ki, görüşdə Azərbaycan və Gürcüstan Milli Elmlər akademiyaları arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev ölkəmizdə dövlət səviyyəsində dost və qonşu Gürcüstanla əlaqələrə xüsusi diqqət yetirildiyini vurğulayıb.

Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Roin Metreveli Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşlərindən söz açıb, ictimai və humanitar elmlər sahəsində elmi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirib.

Azvision.az


Teqlər: AMEA   RamizMehdiyev  





Xəbər lenti