Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə Xəzər rayonunda qeydə alınıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib. Xəsarət alan digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq kritik vəziyyətdə 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.