Seçkidə iştirak etmək üçün 41841 nəfər müraciət edib

   Seçkidə iştirak etmək üçün 41841 nəfər müraciət edib
  16 Noyabr 2019    Oxunub:2026
Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak etmək üçün indiyədək 41 841 nəfər müraciət edib.
Azvision.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, namizədlərdən 27 249-u fərdi, 14 564-i siyasi partiyalar tərəfindən irəli sürülüb. 22 529 nəfər qeydə alınıb.

MSK sədri qeyd edib ki, müraciət edənlərin 70 faizi kişi, 30 faizi isə qadınlardır.

Azvision.az



Teqlər: MSK   Seçki  





Xəbər lenti