Miqrasiya əməkdaşları ağacəkmə kampaniyasında iştirak ediblər - FOTOLAR

Miqrasiya əməkdaşları ağacəkmə kampaniyasında iştirak ediblər -  FOTOLAR
  16 Noyabr 2019    Oxunub:2287
Dövlət Miqrasiya Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə ətraf mühit, iqlim dəyişikliyi məsələlərinə ictimai diqqəti artırmaq və məlumatlandırmaq, həmçinin Azərbaycan Respublikası Hökumətinin yaşıllıq, eləcə də ətraf mühitlə bağlı təşəbbüslərinə dəstək məqsədilə zeytun bağının salınmasına start verilib.
Azvision.az Dövlət Miqrasiya Xİdmətinə istinadən xəbər verir ki, Miqrasiya Könüllülərinin də iştirak etdiyi tədbir Səbail rayonundakı “Velopark” ərazisində təşkil olunub.

İştirakçılar 220 zeytun ağacı əkiblər. Yeni ağacların əkilməsində münbit torpaq və mineral gübrələrdən istifadə olunub, onların mühafizəsi və mütəmadi olaraq qulluq göstərilməsi məqsədilə zəruri tədbirlər görülüb.

Aksiyanın gələcəkdə də davam etdirilməsi və zeytun bağının daha da genişləndirilməsi nəzərdə tutulur.









Azvision.az



Teqlər: Miqirasiya-Xidməti   Ağacəkmə   Kampaniya  





Xəbər lenti