Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən
Azvision.az -a verilən məlumata görə, “Ümman” Sağlamlıq İmkanları Məhdud Uşaqlara Qayğı İctimai Birliyi tərəfindən yaradılmış mərkəzin fəaliyyəti uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədinə xidmət edir. Mərkəzə cəlb olunan uşaqlar burada yataqla və gün ərzində 3 dəfə yeməklə təmin edilir, onlar üçün müxtəlif əyləncəli və maarifləndirici tədbirlər, o cümlədən maraqlı ekskursiyalar təşkil olunur.
Uşaqların valideynləri ilə hər həftə görüşlər keçirilir, onlara hüquqi xidmətlər, qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ilə əlaqədar zəruri kömək göstərilir. Müxtəlif dərnəklər vasitəsilə uşaqların bu və ya digər istiqamətdə bacarıqlarının inkişaf etdirilməsi istiqamətində də müvafiq işlər aparılır.
Azvision.az