Gəncədə oğul atasını qətlə yetirib

  15 Noyabr 2019    Oxunub : 2808
 Gəncədə oğul atasını qətlə yetirib
Gəncə şəhərində qətl törədilib.

Azvision.az -ın məlumatına görə, Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb.
Hadisə ailə münaqişəsi zəminində baş verib. Cinayəti törədən şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır

Azvision.az

Teqlər: Gəncə   Qətl