Plyonkaya görə cərimə yazılmayacaq - General tapşırıq verdi

   Plyonkaya görə cərimə yazılmayacaq -    General tapşırıq verdi
  16 Noyabr 2019    Oxunub:8068
Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov plyonka və jalüzlü avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib.
Azvision.az xəbər verir ki, generalın tapşırığına əsasən, nəqliyyat vasitələrinin arxa və arxa yan şüşələrində plyonka və jalüzlərdən istifadə edilməsinə görə əlavə məlumat verilənədək sürücülər barəsində inzibati tənbeh tədbiri görülməyəcək.

Qeyd edək ki, respublikanın iqlim şəraiti nəzəra alınaraq hər il 1 may tarixindən 15 noyabradək avtomobillərdə jalüzlərindən istifadəyə icazə verilir.



Azvision.az


Teqlər: General   Maşın   Plyonka  





Xəbər lenti