Lerikin üç kəndinə qaz verilib

  15 Noyabr 2019    Oxunub : 963
Lerikin üç kəndinə qaz verilib
Bu gün Lerik rayonunun Cənginəvud, Vizəzəmin və Peştətük kəndlərinə təbii qaz verilib.
Bu barədə Azvision.az -a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bu münasibətlə keçirilən tədbirdə Lerik rayonunun İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, “Azəriqaz”ın Lənkəran Regional qaz istismarı İdarəsinin əməkdaşları iştirak ediblər.

Cənginəvud kəndində 48, Vizəzəmin kəndində 79, Peştətük kəndində isə 49 fərdi ev mavi yanacaqla təmin olunub. Ümumilikdə, Cənginəvud kəndində 3 898 metr, Vizəzəmin kəndində 6 926 metr, Peştətük kəndində isə 4 940,5 metr uzunluğunda müxtəlif diametrli polad və polietilen daşıyıcı qaz xətləri çəkilib, fərdi evlərin hər birinə sayğaclar quraşdırılıb.

Azvision.az

Teqlər: Azəriqaz   Lerik