Azərbaycanla Fransa arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Fransa arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub
  15 Noyabr 2019    Oxunub:1694
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovla Fransa Respublikasının Daxili İşlər Nazirliyinin Fransada Yaşayan Əcnəbilər üzrə Baş Direktorluğunun rəhbəri Pierre-Antoine Molina arasında görüş keçirilib.
Azvision.az Dövlət Miqrasiya Xİdmətinə (DMX) istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında miqrasiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti, hüquq-müqavilə bazasının gücləndirilməsi və əməkdaşlığın genişləndirilə biləcəyi mümkün sahələr müzakirə edilib. Miqrasiya idarəçiliyi sahəsində və maarifləndirmənin artırılmasında qarşılıqlı məlumat və təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib.

Görüşün sonunda miqrasiyanın müxtəlif aspektlərini əhatə edən mümkün birgə layihələr barəsində fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan Respublikasının Fransa Respublikasındakı Səfirliyinin əməkdaşı da iştirak edib.

Azvision.az



Teqlər: Vüsal-Hüseynov   Miqrasiya-Xidməti  





Xəbər lenti