Məhkəmə ekspertlərinə ixtisas dərəcəsi veriləcək

  15 Noyabr 2019    Oxunub : 1003
 Məhkəmə ekspertlərinə ixtisas dərəcəsi veriləcək
Məhkəmə ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi veriləcək.
Azvision.az -ın məlumatına görə, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik edilir. Belə ki, qanuna yeni 11-2-ci maddə ( Məhkəmə ekspertlərinin attestasiyası) əlavə olunur.

Maddəyə əsasən, attestasiya nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Məhkəmə   Hakim   İxtisas