Bakıda qeyri-qanuni dini tədris kursu aşkarlanıb

 Bakıda qeyri-qanuni dini tədris kursu aşkarlanıb
  14 Noyabr 2019    Oxunub:2015
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş birgə tədbirlər nəticəsində Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 5-ci keçid, ev 17 ünvanında qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb.
Dövlət Komitəsindən Azvision.az - a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, həmin kursun 26 üzvünə, o cümlədən bu təlimlərə cəlb olunmuş azyaşlılara qadağan edilmiş dini ədəbiyyatların tədrisi həyata keçirilir.

Qanunsuz dini kursların təsisçiləri Abdullayev Elton Kərəm oğlu və Qurbanov Elsevər Bəxtiyar oğlu barəsində inzibati qaydada protokol tərtib edilərək məhkəməyə göndərilib.

Qeydə alınmış fakt üzrə müvafiq araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: Din   Komitə  





Xəbər lenti