Cəbhə bölgəsində məktəblilərə təlim keçirilir

Cəbhə bölgəsində məktəblilərə təlim keçirilir
  14 Noyabr 2019    Oxunub:2178
Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Engineering for kids" MMC-nin tərəfdaşlığı ilə maarifləndirici sosial kampaniyaya start verilib.
Azvision.az -ın məlumatına görə, kampaniya çərçivəsində 14-15 noyabr tarixlərində cəbhə bölgəsində yerləşən Ağdam rayonunun Çəmənli və Ayaqqərvənd kəndlərində məktəblilər üçün informasiya texnologiyalarının əsasları, sosial media marketinqi, mühəndislik və mexanika mövzuları üzrə təlimlər keçiriləcək.

Təlim çərçivəsində məktəblilərə sertifikat və hədiyyələr təqdim ediləcək. Məktəbə isə nazirlik tərəfindən kompüter və printer hədiyyə olunacaq.





Azvision.az


Teqlər: Məktəbli   Təlim  





Xəbər lenti