Piyadanı vurub qaçan sürücü tutuldu

Piyadanı vurub qaçan sürücü tutuldu
  14 Noyabr 2019    Oxunub:1426
Noyabrın 12-də saat 9 radələrində Nizami rayonunun H.Əliyev prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini E.Ağaməmmədov vurulub.
Azvision.az DİN-ə istinadən xəbər verir ki, nəticədə piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini M.Qasımov saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti