Azərbaycanda 136 min tələbə, 11 min magistr var - STATİSTİKA

Azərbaycanda 136 min tələbə, 11 min magistr var - STATİSTİKA
  14 Dekabr 2013    Oxunub:1294
“Hazırda Azərbaycanın ümumtəhsil sistemində 4513 təhsil müəssisəsi, 1 milyon 288 min şagird, 151 min 538 nəfər müəllim heyəti, ümumi şagird müəllim nisbəti 1:8, orta şagird sıxlığı 16 nəfər təşkil edir”.
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün keçirilən Azərbaycan Müəllimlərinin XIV Qurultayında çıxış edərkən deyib.

O, bildirib ki, son illər ölkədə müsbət demokrafik dəyişiklərin baş verməsi nəticəsində birinci sinfə gedən şagirdlərin sayı durmadan artır:

“2013-2014-cü tədris ilində 137 mindən çox şagird məktəbə qədəm qoyub. Bu rəqəm növbəti illərdə daha da artacaq və biz də onları hər zaman qəbul etməyə hazırıq. 108 ilk peşə ixtisas təhsili müəssəsində 29 min 337 nəfər təhsil alır. Orta ixtisas təhsili pilləsində 64 min 116 tələbə 59 təhsil müəsəssində təhsil alır. 44 mülkü ali təhsil ocağında bakalavr səviyyəsində 136 min 682 nəfər, magistratura səviyyəsində 11 mindən çox tələbə təhsil alır. Son illər ərzində 2700-dən çox məktəb əsaslı təmir olunub. Bunun da nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşıb”.

Təhsil naziri onu da əlavə edib ki, xaricdə təhsil proqramı çərçivəsində bu günə qədər 2612 gənc Dövlət Neft Fondunun hesabına maliyyəşdirilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti