Azərbaycanda 1800 uşaq şəkər xəstəliyinə tutulub
“Hər il Endokrinoloji Mərkəzə 25 minə yaxın şəxs ilkin müraciət edir. Bu xəstəlik müalicəyə cavab verir. Düzgün qidalanma və fiziki aktiv həyat tərzi keçirməklə həyata normal şəkildə davam etmək olar. Qida rasionuna diqqət edən insanların 70%-də bu xəstəlik heç bir fəsadlaşma vermir”.
Y.Soltanova şəkərli diabet xəstələrini ən çox narahat edən dərman məsələsinə də toxunub. O bildirib ki, rəsmi olaraq qeydiyyatda olan diabet xəstələrinə dərman preparatları dövlət tərəfindən verilir:
“Dövlətin şəkərli diabet xəstələrinə qayğısı 2005-ci ildən fəaliyyətə başlayan “Şəkərli Diabet Xəstələrinə Dövlət Qayğısı” proqramı ilə tənzimlənir. Diabet xəstələri İtaliyadan, Türkiyədən gətirilən yüksək keyfiyyətli insulin və həblərlə təmin edilirlər. Bilirsiniz, bu cür müraciətlər olur. Amma əmin olun ki, resurs var. Sadəcə olaraq araşdıranda görürük ki, dərmanların paylanma prosesində bir balaca gecikmələr ola bilir. Bunun da həll olunması çətin məsələ deyil deyə düşünürəm”.
Aytən Zəhra
Azvision.az
Teqlər: Diabet