“Vergi Məcəlləsinə 162 dəyişiklik nəzərdə tutulub” - Komitə sədri

   “Vergi Məcəlləsinə 162 dəyişiklik nəzərdə tutulub” -    Komitə sədri
  14 Noyabr 2019    Oxunub:1628
“Prezident İlham Əliyevin apardığı iqtisadi islahatlarla əlaqədar olaraq ölkədə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi Vergi Məcəlləsində də bir sıra dəyişikliklərin edilməsini zəruri edir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Komitə sədri xatırladıb ki, 2001-ci ildə qəbul edilmiş Vergi Məcəlləsi Azərbaycanda yeni iqtisadi sistemin formalaşmasına, ölkəyə maliyyə resurslarının cəlb edilməsinə öz müsbət təsirini göstərib.

Z.Səmədzadə qeyd edib ki, dünyada qlobal risklərin artdığı bir şəraitdə sahibkarlığın və iqtisadi inkişafın keyfiyyətinin yüksədilməsi Vergi Məcəlləsində bir sıra dəyişiklikləri zəruri edib:

“Vergi Məcəlləsinə edilən növbəti dəyişikliklər mahiyyətinə və əhatə dairəsinə görə şübhəsiz ki, Azərbaycan tarixində mühüm dəyişiklik kimi qeyd edilə bilər. Vergi Məcəlləsinə 162 dəyişiklik nəzərdə tutulub. Onlardan 73-ü ayrı-ayrı maddələrin dəyişməsi ilə əlaqədar, 89 ədəd isə texniki dəyişiklikdir”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər:





Xəbər lenti