Təqaüdçülər üçün nəqliyyatın pulsuz olması təklif edildi

Təqaüdçülər üçün nəqliyyatın pulsuz olması təklif edildi
  13 Noyabr 2019    Oxunub:3368
“Bir çox ölkələrdə, məsələn, Rusiyada, Avropa dövlətlərində təqaüdçülər ictimai nəqliyyatdan pulsuz istifadə edirlər. Gələn ilin büdcəsində müxtəlif növ kateqoriyalı insanlar üçün bir sıra sosial güzəştlər və imtiyazlar nəzərdə tutulub. Lakin yaşlı vətəndaşlarımız üçün demək olar ki, təqaüddən başqa əlavə gəlir yoxdur. Əgər biz gələn il təqaüdçülərə ictimai nəqliyyat növlərini pulsuz etsək, bu, yeni ildə onlar üçün ən yaxşı hədiyyə olardı”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Elmira Axundova deyib.

Deputat ahıl yaşda olan insanlarla bağlı digər təklif də səsləndirib: “Təklif edirəm ki, 80 yaş və ondan yuxarı olan şəxslərə dərmanlar pulsuz verilsin, ya da onların təqaüdlərinə şərti olaraq “dərman pulu” dediyimiz məbləğ əlavə edilsin. Mən yenə də dünya təcrübəsinə əsaslanaraq bunu deyirəm. Məsələn, Almaniyada təqaüdçülər onlara səhhətləri üçün vacib olan bütün dərmanları pulsuz alırlar. Çox arzulayardıq ki, bu xoş və nəcib təcrübə Azərbaycanda da tətbiq olunsun. Çünki bizim inkişaf səviyyəmiz buna imkan verir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   Təklif   Büdcə  





Xəbər lenti