Mehriban Əliyeva şəhid ailəsinin ev problemini həll edib

   Mehriban Əliyeva şəhid ailəsinin ev problemini həll edib
  13 Noyabr 2019    Oxunub:3349
Bir neçə gün əvvəl sosial şəbəkələrdə şəhid Şaban Cəfərovun ailəsinə məxsus evə həbs qoyulması ilə bağlı məlumatlar yayılmışdı.
Azvision.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə şəhid ailəsinin problemi həll olunub və bank tərəfindən girov götürülən mənzil geri qaytarılıb.

Şəhidin qızı Nərminə Cəfərova bildirib ki, ölkə rəhbərliyinə müraciət etdikdən sonra borc tam şəkildə banka ödənib və evin üzərindəki həbs götürülüb. Onun sözlərinə görə, borc 2014-cü ildə alınan kreditə görə yaranıb.

Bundan sonra ailə ölkə rəhbərliyinə müraciət edib və qısa zamanda məsələ nəzarətə götürülüb. Ailəyə sevindirici xəbər bir neçə gün əvvəl verilib.

Şəhidin ailəsi həm sentyabr ayında şəhidin həyat yoldaşının əməliyyat xərclərini qarşıladığı, həm də evləri geri qaytarıldığı üçün ölkə rəhbərliyinə təşəkkür edib.

Xatırladaq ki, Ş.Cəfərov 1988-1992-ci illərdə Ağdam rayonunun Abdal Gülablı kəndində gedən döyüşlərdə şəhid olub.



Azvision.az



Teqlər: Mehriban-Əliyeva   Şəhid   Mənzil  





Xəbər lenti