"Tanıdığım əlillər var ki, indiyədək ev ala bilməyiblər" - Deputat

"Tanıdığım əlillər var ki, indiyədək ev ala bilməyiblər" -    Deputat
  13 Noyabr 2019    Oxunub:1393
“Bu il əlil və şəhid ailələrinə 934 mənzil veriləcək. Gələn il dövlət büdcəsindən həmin kateqoriyadan olan insanlar üçün mənzil tikintisinə 110 milyon manat vəsait ayrılıb”.
Azvision.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, onun tanıdığı 20 Yanvar əlilləri var ki, indiyədək mənzil ala bilməyiblər: “Nə qədər mənzil almaq üçün adam növbədə durub”.

Q.Həsənquliyev qeyd edib ki, məcburi köçkünlər üçün mənzil tikintisinə 200 milyon manat vəsait ayrılıb: “Bu insanlar evini-eşiyini itiriblər. Onlar nə qədər növbə gözləməlidirlər. Birinci vitse-prezident Mehriban Əliyeva çox sağ olsun ki, onun təşəbbüsü ilə məcburi köçkünlər üçün böyük bir kompleks tikildi. Amma bu yetərli deyil. Hesab edirəm ki, bu məsələ hər birimizi düşündürməlidir”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: QüdrətHəsənquliyev   Deputat  





Xəbər lenti