“10 illərdir ki, Ağsuya avtobus girib-çıxmır” - Tahir Kərimli
Deputat bildirib ki, sosial sahəyə ayrılan vəsaitin artırılması sevindiricidir: “Ancaq müdafiə sahəsinə daha çox vəsait ayırmaq lazımdır”.
T.Kərimli Ağsu-Şamaxı aşırımı üçün vəsaitin ayrılmasını təklif edib: “10 illərdir ki, Ağsuya avtobus girib-çıxmır. Nə üçün insanlar 20 km-lik əraziyə gəlin köçürəndə 150-200 km yol fırlanıb cehiz aparmalıdır. Bu seçicilərin mənlə görüşəndə səsləndirdiyi problemlərdir və həll olunması yaxşı olardı”.
Bununla yanaşı, deputat maliyyə amnistiyasının verilməsinin, Azərbaycan dilinə aid elmi-tədqiqat institutunun yaradılmasının vacibliyini qeyd edib.
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Tahir-Kərimli Milli-Məclis