Yeni icra başçısı kollektivə təqdim olundu və işə başladı

  13 Noyabr 2019    Oxunub : 2569
Yeni icra başçısı kollektivə təqdim olundu və işə başladı
Yasamal Rayon İcra Hakimiyyətinin yeni başçısı Elşad Həsənov kollektivə təqdim olunub.

Bu barədə Azvision.az -a yeni icra başçısı özü məlumat verib. E.Həsənovu kollektivə Prezidentin ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.
43 yaşlı icra başçısı ona göstərilən yüksək etimada görə Prezidentə təşəkkür edib: "Artıq iş başındayam. Cənab Prezidentin etimadını doğrultmaq üçün əlimdən gələni edəcəyəm".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə Elşad Eldar oğlu Həsənov təyin olunub.

E.Həsənov bu təyinatadək Milli Məclisin Yasamal rayonundan seçilən deputatı olub.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Yasamal   İcra   ElşadHəsənov