Bakıda yolu təmir edənlər ağacı kəsərək üstünü asfaltlayıb

Bakıda yolu təmir edənlər ağacı kəsərək üstünü asfaltlayıb
  12 Noyabr 2019    Oxunub:1644
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu, K.Səfərəliyev küçəsi 23 ünvanında ağac kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Azvision.az -a açıqlamasında bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda bir ağacın kəsilərək üstünün asfaltla örtüldüyü aşkar edilib.

O qeyd edib ki, araşdırma zamanı ağacın yol təmir-tikinti idarəsi tərəfindən asfaltlama işləri aparılan zaman kəsildiyi məlum olub: "Faktla bağlı protokol tərtib edilib. İdarənin hüquqi şəxs qismində cərimə edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Nəsimi rayon məhkəməsinə göndəriləcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: ETSN   Ağac   Kəsimi  





Xəbər lenti