“Əlyazmalarımız talanaraq digər ölkələrə aparılıb” - Gövhər Baxşəliyeva

    “Əlyazmalarımız talanaraq digər ölkələrə aparılıb” -    Gövhər Baxşəliyeva
  12 Noyabr 2019    Oxunub:2585
“Ürək ağrısı ilə qeyd edirəm ki, əsrlər boyu xalqımızın milli müstəqilliyi olmadığına görə, qeyri-maddi mənəvi sərvətlərimiz, əlyazmalarımız talanaraq digər ölkələrə aparılıb. Misal olaraq Füzulinin “Ərəb divanı” on illiklər ərzində mütəxəssislər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapıldı”
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Gövhər Baxşəliyeva parlamentin bu gün keçirilən plenar iclasında dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, ölkəyə gələn işğalçıların istilası nəticəsində əlyazmalar kütləvi şəkildə başqa ölkələrə aparılıb: "Xarici ölkələrdə kütləvi şəkildə Azərbaycana məxsus əlyazmalar var. Düşünürəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olunmalı, dünya kitabxanalarında mövcud olan əlyazmalarımızı ölkəmizə gətirməliyik”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: GövhərBaxşəliyeva  





Xəbər lenti