Çoxuşaqlı ailələrə verilən müavinət artırılsın! - Təklif

Çoxuşaqlı ailələrə verilən müavinət artırılsın! -  Təklif
  12 Noyabr 2019    Oxunub:2248
“Çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılsın və mümkün olduğu təqdirdə artırılsın”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin sədri Aqiyə Naxçıvanlı parlamentdə 2020-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərinin çoxuşaqlı ailələrə və müəllim ailələrinə şamil olunmasını təklif edib.

A.Naxçıvanlı qeyd edib ki, uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün dövlət səviyyəsində istirahət mərkəzlərinin yaradılması ilə bağlı vəsaitin ayrılmasına böyük ehtiyac var.

“Məncə, sosial təminatı zəif olan, o cümlədən imtiyazlı ailələr, uşaqlar bu düşərgələrdən yararlana bilərlər. Bunun üçün büdcədən böyük vəsaitin ayrılması tələb olunmur”

Anar Kəlbiyev
Azvision.az




Teqlər: AqiyəNaxçıvanlı  





Xəbər lenti