“Bələdiyyə seçkilərini demokratik qaydada keçirəcəyik” - Məzahir Pənahov

 “Bələdiyyə seçkilərini demokratik qaydada keçirəcəyik” -  Məzahir Pənahov
  12 Noyabr 2019    Oxunub:1712
Biz Mərkəzi Seçki Komissiyası olaraq Azərbaycan vətəndaşlarının seçki hüquqlarının qorunması ilə bağlı bütün addımları atmalıyıq.

Azvision.az xəbər verir ki, bunu "Seçki hüquqlarının pozulmasına dair şikayətlərin məhkəmə qaydasında həlli" mövzusunda keçirilən seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
MSK sədri qeyd edib ki, seçkilər zamanı hüquqi narazılıqlarla bağlı ilk olaraq Dairə Seçki Komissiyasına (DSK) müraciət edilir: "Daha sonra DSK Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edir və MSK bununla bağlı qərar verir. İddiaçı tərəf bu qərardan narazı qaldıqda Apellyasiya Məhkəməsinə (AM), AM-nin qərarından narazı qaldıqda Ali Məhkəməyə müraciət edir. Yəni bütün bunlar vətəndaşlarımızın ali hüquqlarıdır. Biz bu hüquqların qorunması üçün bütün addımları atmalıyıq".

M.Pənahov qeyd edib ki, Azərbaycan dünyanın demokratik ölkələrindən biridir: "Buna şübhə ola bilməz. Dekabrın 23-də bələdiyyə seçkilərini də demokratik qaydada keçirəcəyik".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: MSK   Bələdiyyə   Seçki  





Xəbər lenti