“Seçkiləri izləmək üçün 15 ölkəyə dəvət göndərilib” - MSK sədri

  12 Noyabr 2019    Oxunub : 1211
 “Seçkiləri izləmək üçün 15 ölkəyə dəvət göndərilib” - MSK sədri
Mərkəzi Seçki Komissiyası (MSK) Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələrinə bələdiyyə seçkilərini müşahidə etmək üçün dəvət göndərib.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, həmin qurum adətən bələdiyyə seçkilərinə müşahidə aparır:

"Onların sözü, gəldiyi qənaət müəyyən beynəlxalq miqyasda lazımı səviyyədə qarşılanır. Həmçinin 15 müxtəlif ölkənin MSK-na da dəvətlər göndərilib. Seçki Məcəlləsinin tələblərinə əsasən, Qeyri-Hökumət Təşkilatları da müşahidəçilər dəvət etmək istəsələr, onların adından müraciət göndərə bilərik. Hesab edirəm ki, bələdiyyə seçkilərində müşahidəçilərin sayı kifayət qədər olacaq”.

Bununla belə MSK sədri qeyd edib ki, adətən bələdiyyə seçkilərində müşahidəçilər Prezident və Parlament seçkilərinə nisbətən o qədər də çox olmur.

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: MSK   Məzahir-Pənahov   Seçki   Bələdiyyə