Səməd Seyidov AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Səməd Seyidov AŞPA-nın komitə iclaslarında iştirak edəcək
  12 Noyabr 2019    Oxunub:1425
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 13-də Almaniyanın paytaxtı Berlin şəhərinə səfərə gedəcək.
Milli Məclisin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, toplantıda quruma üzv ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi və diqər aktual məsələlər müzakirə olunacaq.

Deputatımız qatıldığı tədbirlərdə müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək.

Qeyd edək ki, səfər noyabrın 16-da başa çatacaq.

Azvision.az



Teqlər: SəmədSeyidov  





Xəbər lenti