Masallıda qətl törədilib

   Masallıda qətl törədilib
  11 Noyabr 2019    Oxunub:2702
Noyabrın 10-da Masallı rayonunun Ağakişibəyli kəndi ərazisindəki evlərdən birinin həyətində kənd sakini R.Gülverdiyev orada fəhlə işləyən qonşusu Bəhruz Quliyevi münaqişə zəminində bıçaqla qətlə yetirib.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən R.Gülverdiyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Azvision.az


Teqlər: Masallı   Qətl   Cinayət  





Xəbər lenti