Nazirlik teleaparıcının bıçaqlanması barədə məlumat yaydı

  11 Noyabr 2019    Oxunub : 2725
 Nazirlik teleaparıcının bıçaqlanması barədə məlumat yaydı
Səhiyyə Nazirliyi teleaparıcı Xose Bernardo və qardaşı Rafael Hüseynovun bıçaqlanması barədə məlumat yayıb.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, Pirallahı rayonunda baş verən bıçaqlanma hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardıma çağırış dünən saat 18:59-da daxil olub.

"Pirallahı rayonu Xanlar 29 ünvanından, Xose Pablo Bernardo sağ saidin kəsilmiş yarası, qardaşı 37 yaşlı Rafael Hüseynov isə qarnın çoxsaylı deşilmiş yaraları (döş qəfəsinə keçən) diaqnozu ilə 3 saylı Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Xose Bernardo ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Rafael Hüseynov isə əməliyyat olunub. Hazırda müalicəsi cərrahiyyə şöbəsində palatada davam edir. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər", - nazirlikdən bildirilib.

Azvision.az

Teqlər: SəhiyyəNazirliyi