Sarayda fermada yanğın olub

Sarayda fermada yanğın olub
  10 Noyabr 2019    Oxunub:1799
Abşeron rayonunun Saray qəsəbəsində ferma ərazisində ümumi sahəsi 1500 m² olan tikilinin yanar konstruksiyaları 800 m² sahədə və içərsinə yığılan 3 ton ot bağlaması yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti