Nazirlikdən reklam olunan dərmanla bağlı Açıqlama

  09 Noyabr 2019    Oxunub : 852
 Nazirlikdən reklam olunan dərmanla bağlı Açıqlama
Səhiyyə Nazirliyi qurumun adından arıqladıcı dərmanların reklam olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, bəzi KİV-də (instagram) Səhiyyə Nazirliyi adından istifadə edərək dərman preparatları reklam olunub.

"Bu reklamların Səhiyyə Nazirliyinə heç bir aidiyyatı yoxdur və nazirlik sözü gedən reklamın yayılmasına görə məsuliyyət daşımır. Respublika Müalicəvi Diaqnostika Mərkəzi ilə əlaqə saxlanılıb və belə bir şəxsin orada çalışmadığı bildirilib".

Azvision.az

Teqlər: