Yolu keçən piyadanı maşın vurub

Yolu keçən piyadanı maşın vurub
  09 Noyabr 2019    Oxunub:1705
Xaçmaz şəhəri ərazisində yol-nəqliyyat hadisəsi olub
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, noyabrın 8-də saat 12 radələrində Xaçmaz şəhəri ərazisində İ.Ağayev idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Qaraçı kənd sakini Ş.Məmmədəliyevi vurub. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Piyada  





Xəbər lenti