Kür çayında suyun səviyyəsi azalıb

Kür çayında suyun səviyyəsi azalıb
  09 Noyabr 2019    Oxunub:1959
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsindən axan Vəlvələçayda sululuq ongünlük normadan çox olmaqla normanın 110, Kiçik Qafqazın ərazisindən axan Kürəkçay və Zəyəmçayda sululuq ongünlük normadan az və norma daxilində olmaqla 30-100, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay, Vəşərüçay və Viləşçayda isə sululuq ongünlük normadan az olmaqla onun 20-30 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az -a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 144 kubmetr təşkil edir. Bu da ongünlük normadan az olmaqla onun 77 faizinə bərabərdir.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi dəyişməyib. Hazırda məntəqədə su sərfi saniyədə 104 kubmetrə bərabərdir. Bu da ongünlük normadan çox olmaqla onun 123 faizini təşkil edir.

Araz çayının Qıvraq məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 64 kubmetr təşkil edir. Bu da ongünlük normaya yaxın olmaqla onun 85 faizinə bərabərdir. Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 324 santimetr təşkil edib. Şirvan məntəqəsində suyun səviyyəsi 2 santimetr artaraq 147 santimetr olub. Salyanda suyun səviyyəsi 14 santimetr azalıb və 64 santimetrə bərabər olub. Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 3 santimetr azalaraq 37 santimetr təşkil edib. Bankə məntəqəsində isə suyun səviyyəsi 1 santimetr azalaraq 143 santimetr olub.

Azvision.az


Teqlər: ETSN   Kür   Çay  





Xəbər lenti