Nazir və müavinləri vətəndaşları qəbul edəcək

  08 Noyabr 2019    Oxunub : 896
Nazir və müavinləri vətəndaşları qəbul edəcək
Prezident İlham Əliyevin vətəndaşların təklif, irad və şikayətləri ilə yerində tanış olmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev 28 noyabr 2019-cu il tarixində saat 10:00-da Şəmkir və Tovuz rayonlarının vətəndaşlarını Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 1) qəbul edəcək.
Azvision.az xəbər verir ki, 28 noyabr 2019-cu il tarixində, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev QazaxAğstafa rayonlarının vətəndaşları ilə Qazax şəhərində yerləşən Gənclər Mərkəzində (ünvan: Qazax şəhəri, Heydər Parkı) görüşəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected][email protected] elektron poçt ünvanları, Nazirliyin 168 saylı “Qaynar xətt”i, həmçinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Tovuz rayonu, Düz Cırdaxan kəndi) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 022-31-73-5-28, 050-330-95-49, 050-645-75-77) xahiş olunur.

Azvision.az

Teqlər: Vətəndaşqəbulu