"Həzi Aslanov" stansiyası təmir olunacaq

   "Həzi Aslanov" stansiyası təmir olunacaq
  08 Noyabr 2019    Oxunub:5114
Gələn il metronun "Həzi Aslanov" stansiyasının əsaslı təmirinə başlanılacaq.
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib.

Onun sözlərinə görə, hazırda layihə smetasının hazırlanması işləri aparılır.

"Yaxın gələcəkdə “Nizami” stansiyasının da eskalatorlarının dəyişdirilməsi ilə əlaqədar təmir işləri aparılacaq".

Anar Kəlbiyev
Azvision.az


Teqlər: HəziAslanov   Metro   Stansiya  





Xəbər lenti