Yırtıcı heyvanların kəndlərə hücumu artır

Yırtıcı heyvanların kəndlərə hücumu artır
  08 Noyabr 2019    Oxunub:5745
Payız və qış fəsli yaxınlaşdıqca canavar və digər yırtıcı heyvanların kəndlərə hücumu artır.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin departament direktoru Hikmət Əlizadə deyib. Onun sözlərinə görə, bunun səbəbi heyvanların yem bazasının azalması, qida ilə bağlı axtarışa çıxmağa və daha çox qida əldə etməyə çalışmasıdır.

"Bu, heç də canavarların sayının çox olması ilə bağlı deyil. Zoologiya İnsitutundan aldığımız məlumata görə, ölkədə canavarların sayı 2000 baş həddindədir. Bu da ümumi qəbul edilmiş dinamikadan çox da fərqli deyil. Canavarların heyvanlara hücum etməsini digər səbəbi yaşayış məntəqələrinin sayının artması və insanların yırtıcı heyvanların yaşayış arealına girişi ilə əlaqədardır. Son dövrlər insanlar dağ ətəyi yerlərdə evlərinin olmasına üstünlük verir".

H.Əlizadə yırtıcı heyvanlar üçün meşədə yemin qoyulmasının effektiv olmayacağını qeyd edib: "Az və nadir saylı ölkələrdə meşələrdə heyvanlar üçün yem qoyulur. Canavar 40-60 km yolu qət edə bilər. Onun yolunu bilmək çətindir, onlara yem qoymağı effektiv saymıram. İnsanlar daha məsuliyyətli olmalıdır.

Heyvanları açıb buraxırıq, sonra da belə hallar olur. Zaqatalada canavarın qoyunlara hücum etməsi halı olub, 7 qoyuna hücum edib. Araşdırdıq ki, fermerlər toya gedib, qoyunları açıq ərazidə qoyub və heyvanlar yiyəsiz qalıb. Heyvanları qorumaq üçün az gərginlikli elektrik çəpərinin çəkilməsindən istifadə oluna bilər".

H.Əlizadə qeyd edib ki, canavarların sayı təhlükəli həddə çatarsa, o zaman nazirlik tərəfindən müdaxilə oluna bilər.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Kənd   Heyvan  





Xəbər lenti