İlin ən yaxşı maşinistinə pul mükafatı veriləcək

  08 Noyabr 2019    Oxunub : 764
İlin ən yaxşı maşinistinə pul mükafatı veriləcək
“Bakı Metropoliteni” QSC-də hər il metropolitençilərin peşə bayramı ərəfəsində keçirilən “İlin maşinisti” müsabiqəsinin builki qalibi müəyyən edilib.
Azvision.az xəbər verir ki, bu ada hərəkət qatarlarının istismarı üzrə iş departamentinin qatar sürücüsü, 3-cü dərəcəli maşinist Hüseyn Hüseynov layiq görülüb. Hüseyn Hüseynov 22 ilə yaxındır ki, metropolitendə çalışır.

Qeyd edək ki, H.Hüseynov metropolitendə ilk əmək fəaliyyətinə 20 yaşında “Nərimanov” deposunun qaldırma təmiri sexində 1-ci dərəcəli elektrik çilingəri kimi başlayıb.

İlin maşinisti ənənəvi müsabiqənin qalibi müəyyənləşdirilərkən, münsiflər heyəti yekdilliklə Hüseyn Hüseynova səs verib.

Qalib maşinistə minimum əmək haqqının 10 misli miqdarında birdəfəlik pul mükafatı ödəniləcək.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Qatar   Metro