10 ayda metro ilə 192 milyon sərnişin daşınıb

  08 Noyabr 2019    Oxunub : 674
10 ayda metro ilə 192 milyon sərnişin daşınıb
"Son illər Bakı metropoliteninin bütün sahələrini əhatə edən genişmiqyaslı quruculuq işləri, aparılan islahatlar, o cümlədən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi prosesləri daha mükəmməl inkişaf etdirilir"
Azvision.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

Onun sözlərinə görə, stansiyalarda aparılan təmir-tikinti, yenidənqurma işləri sözün əsl mənasında həm şəhər sakinlərinin, həm də paytaxtımızda olan turistlərin maraqlarına səbəb olub və təsadüfi deyil ki, metropolitenin əsas göstəricisi olan sərnişindaşımada böyük uğura imza atılıb, illik sərnişindaşıma 231 milyon olub ki, bu da orta gündəlik sərnişindaşımanın 633 min nəfər olması deməkdir.

H.Məmmədov qeyd edib ki, cari ilin on ayı ərzində metro ilə 192 milyon sərnişin daşınıb. Bu da 3 milyon 133 min 846 nəfər plandan artıq daşınma deməkdir.

Azvision.az

Teqlər: Metro   Sərnişin