Bakının bütün ərazilərində metro stansiyası olacaq

 Bakının bütün ərazilərində metro stansiyası olacaq
  08 Noyabr 2019    Oxunub:8218
Prezident İlham Əliyev “Bakı Metropoliteni” QSC-nin perspektiv inkişaf planını təsdiqləyib.
Azvision.az xəbər verir ki, bunu Bakı Metropoliteni QSC-nin Baş mühəndisi Əlixan Osmanov deyib. Onun sözlərinə görə, plana əsasən, ilkin mərhələdə stansiyaların sayı 76-ya çatdırılacaq:

“Şəhərimizdə yerləşən bütün ərazilərdə vətəndaşların metropolitendən istifadə etməsi üçün stansiyaların tikilməsi nəzərdə tutulub. Bildiyiniz kimi, Bakı şəhərinin Baş planı hazırlanır. Həmin Baş plana əsasən, paytaxtın bütün ərazilərinin metro stansiyaları ilə təmin edilməsi məqsədilə stansiyaların genişləndirilməsi və sayının çoxaldılması məsələsinə baxılır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Metro   Stansiya  





Xəbər lenti