İranda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olundu

  08 Noyabr 2019    Oxunub : 1879
 İranda baş verən güclü zəlzələ Azərbaycanda da hiss olundu
Noyabrın 8-də İran ərazisində 6 bal gücündə zəlzələ olub.

Azvision.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 02:47-də qeydə alınıb.
Ocağı 2 kilometr dərinlikdə yerləşən zəlzələ Azərbaycan ərazisinin sərhəd rayonlarında (Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı) hiss olunub.

Azvision.az

Teqlər: İran   Zəlzələ