Almaniyada erməni təxribatının qarşısı alındı

 Almaniyada erməni təxribatının qarşısı alındı
  07 Noyabr 2019    Oxunub:2527
Almaniyada Dağlıq Qarabağla bağlı növbəti təxribatın qarşısı alınıb.

Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfirliyi “EuroSchein Souvenir GmbH” şirkəti tərəfindən üzərində “Republic of Artsakh” yazısı olan 0 avro suvenirinin dövriyyəyə buraxılmasının qarşısını alıb.
Səfirliyin müdaxiləsindən sonra şirkətin rəhbərliyi Azərbaycandan üzr istəyib, suvenirin dövriyyəyə buraxılmayacağını bildirib və bu barədə məlumatı internet saytından silib.

Azvision.az


Teqlər: Almaniya   Qarabağ   Təxribat  





Xəbər lenti