"Kanalizasiya xətlərinə yad tullantılar atılır" - "Azərsu" sədri

"Kanalizasiya xətlərinə yad tullantılar atılır" -    "Azərsu" sədri
  07 Noyabr 2019    Oxunub:1326
"Bakıda əhalinin çoxalması, yeni yaşayış massivlərinin tikilməsi, sudan istifadənin artması kanalizasiya xəttlərinin həddən artıq yüklənməsinə səbəb olur".
Azvision.az xəbər verir ki, bunu "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərərgahında keçirilən mətbuat konfransında deyib.

Sədr bildirib ki, paytaxtda bütün kanalizasiya xətləri mütəmadi təmizlənir: "Xüsusilə yağış barədə məlumat alan kimi biz bu kanalizasiya xətlərini yenidən təmizləyirik. Amma kanalizasiya xətlərinə çox sayda yad tullantılar atılır. Ona görə də belə problemlər yaşanır".

Bakıda yağış zamanı bəzi ərazilərdə gölməçələrin yaranmasına münasibət Q.Hüseynov qeyd edib ki, gölməçələrin yaranmasına bir neçə problem səbəb ola bilər: "Birinci xətt tam gücü ilə işləməyəndə, ikinci yağıntının miqdarı çox olanda bu problem yaşanır. Buna görə də yeni kollektorlar tikirlir ki, bu da xətlərə düşən yükü azaldacaq. Eyni zamanda yağış barmaqlıqlarının artırılması, su toplayıcılarının tikintisi işləri aparılır”.

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: Azərsu   Sədr   QorxmazHüseynov  





Xəbər lenti