Şamaxı sakini Göygöldə itib - FOTO

Şamaxı sakini Göygöldə itib -    FOTO
  07 Noyabr 2019    Oxunub:1661
Şamaxı rayonunun Kərkənc kənd sakini, 1961-ci il təvəllüdlü Məmməd Əllazov oktyabrın 27-də səhər saatlarında çoban işlədiyi Göygöl rayon Firuzabad qəsəbəsindəki fermadan çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, onun əlamətləri belədir: boyu 160-165 sm., arıq bədən quruluşlu, qarabəniz, ağ-qara saçlara malik, gözlərinin rəngi qonur.

M.Əllazov fermadan çıxarkən əynində hərbi kostyum, hərbi şalvar, başında papaq, ayağında idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin 022-205-22-79, 022-205-50-57 şəhər və (055) 545-11-02, (070) 252-22-44 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti