Çağla Şikel: “Atam azərbaycanlıdır” - MÜSAHİBƏ | EKSKLÜZİV

Çağla Şikel: “Atam azərbaycanlıdır” - MÜSAHİBƏ | EKSKLÜZİV
  13 Dekabr 2013    Oxunub:14306
Maniken, aktrisa, aparıcı… hər üç işdəndə üzü ağ çıxır. Türkiyə gözəli Çağla Şikellə söhbətimiz səmimi alındı. Özünündə dediyi kimi, adının qarşısındakı titullar onu dəyişməyib. AzVision məşhur aparıcı ilə müsahibəni təqdim edir:

-Əvvəlcə məni maraqlandıran bir sualı verim. Sizin hər zaman azərbaycanlı oldugunuzu eşidirəm. Bu dogrudurmu?

- Dogrudur. Atam Qarsdandır, kökümüz Azərbaycan türküdür. Anam isə Adanalıdır.

- Siz harda doğulmusunuz?

- Mən 1979-cu ildə İstanbulda dünyaya gəlmişəm.

- Türkiyə gözəli, Dünya gözəllik yarışmasının 4-cüsü… Özünüz necə aynanın qarşısına keçəndə mən gözələm deyirsinizmi?

- Mən heç vaxt özümə gözəl deməmişəm. Məncə bir insanın bunu özünə söyləməsi çox yanlışdır. Özünü bəyənən insanlara nifrət edirəm. Ümumiyyətlə, mən əvvəl necəydimsə, məşhur olduqdan sonrada elə qalmışam. Heç bir xasiyyətim dəyişməyib.

- O zaman özünüzdə nəyi və ya haranızı bəyənmirsiniz?

- (Gülür) Burnum biraz əyridir. Amma əməliyyat olmadım. Çünki məni heç narahat etmir. Uşaqlıqdan gözümün altında şişlik var. Heç o da vecimə deyil. Nəyəmsə buyam. Mənim üçün önəmli olan tamaşıçılara ekrandan nə verə bilirəm odur. Emre (red. Emre Altuğ) də mənə dedi ki, əgər istəyirsənsa başqalarına bənziyəsən burnunu kəsdir, göz altını əməliyyat etdir, dodaqlarını şişirt. O zaman heç bir fərqin olmayacaq. Dogruda söylədi. Mən Allahın yaratdıgı kimiyəm.

- Manken olmağa necə qərar verdiniz?

- Qismət deyək. Mən balerin olmaq istəyirdim. Konservotoriyada oxuyurdum. Bir məclisdə Ugurkan Erezle tanış oldum. O mənə dedi ki, niyə maniken olmursan. Dedim əsla, elə bir fikrim yoxdu. İsrar etdi ki, sən gözəllik yarışmasına get. “Allah Allah mən o qədər gözəlmiyəm”- deyə düşündüm. Bilmirəm ki, özümdə o cəsarəti hardan tapıb gözəllik yarışına getdim. 17 yaşım vardı. Əslində əyləncə üçün getdim, seçilməsəmdə üzülməzdim. Amma qismət, məni bu yerə gətirdi.



- Emrə bəylə necə tanış oldunuz?

- Bir proqramda tanış olduq. Onu özündən razı, dikbaş bilirdim. Bir az da yaraşıqlı oldugu üçün havalıdır. Verlişdən sonra tez-tez qarşılaşdıq. Bir dəfə də ad günündə rastlaşmışdıq. Boyunbağım yerə düşmüşdü. O tapıb verdi. Ondan sonra görüşməyə başladıq. Çox şanslıyam ki, çox uzun vaxt keçmədən evləndik. Hər zaman istəyirdim ki ailəm, uşaqlarım olsun. Aramızda yaşanan problemlərə baxmayaraq biz evləndik və iki övladımz oldu.

- İkinizdə çox məşhursunuz. Aranızda problem olurmu?

- Yox, Emrədə məşhurluğunu çoxdan həzm edib, məndə. İkimizdə eyni xarakterdəyik. Aramızda elə böyük qısqanclqlar olmur. Bir birimizi çox sıxışdırmırıq. Mən ona özgürlüyü vermişəm o da mənə huzuru. Amma mən istədiyimi etmək üçün hər rola girirəm, Emrəni yoldan çıxarıram. Bu məsələdə məndən bacarıqlısı ola bilməz.

- Ana olmaqda hər halda insanı dəyişir.

- Çox dəyişir. Mən indi anamı anlayıram. Kaş ki, anamı əvvəldən belə anlasaydım. Gənckən heç başa düşə bilmirdim. Çox ciddiydi. Ora getmə, rəfiqələrinin evində qalma, evə tez gəl kimi sözləri məni qıcıqlandırırdı. İndi nə qədər haqsız olduğumu görürəm. Anamda bunu üzümə vurur.

- Maniken, aparıcı, oyunçu… və iki uşaq. Öhdəsində necə gəlirsən?

- Özümü ikiyə bölünmüş hiss edirəm. Hər şey öz yerində. Amma oğullarımı düşündükcə ciyərim parçalanır. Bu sevgi mənə güc verir və mən bu qədər işin öhdəsindən gələ bilirəm. Əslində bir ya iki uşaq fərqi yoxdu mən hər ikisində də anayam. Bu duyğu bir uşaqda da olur ikisində də. Ona görə iki uşaq var deyə heç nə dəyişmir. Bəzən mənə deyirlər ki heç deməzsən iki uşaq anasısan. Onda dəli oluram. Niyə belə böyütürlərki? Türk xalqına görə ana bu qədər baxımlı ola bilməz. bunu başa düşə bilmirəm. Düzdü elə vaxtlar olub ki, evdə üç gün eyni geyimlə gəzmişəm. Hətta üstüm kirlənib dəyişməyə belə vaxtım olmayıb. Amma alışdıqdan sonra insan özünə çəki düzən verir.

- Manikenlik və aparıcılıq. Hansı daha cəlb edici və həyacanlıdır?

- İkisidə. Mən hələdə podyuma çıxanda ilk günkü kimi həyacan keçırirəm. Əlim-ayagım əsir. Hər işə məsuliyyətli yanaşmaq lazımdır. Aparıcı kimidə eyni həyacanı keçirirəm. Hər ikisində də xalqın qarşısına çıxırsan. Çox diqqətli olmalısan.

- O həyacandanmı son dəfə podyumda yıxıldın.

- (Gülür) Podyumda yıxlan tək maniken mən deyiləm. Məndən təcrübəli və ünlülərdə yıxılıb. Bu bir qəzadı. Özündə hiss etmədən bir baxırsan ki, yerdəsən.

- Nə hiss keçirdiniz?

- O an heç nə. Sadəcə özümü toplayıb yürüşə davam etdim. Amma səhnə arxasına getdim ki, gülürlər. Məndə qoşulub onlarla birgə güldüm. Bunu faciə etmək lazım deyildi.

- Hər səhər proqrama çıxırsan. Hər gün eyni enerji, eyni baxımlılıq.

- Bu mənim işimdi. Bu işdən qazanıram. Tamaşaçı məni səhər-səhər asıq üzlə görməməlidir. Buna haqqım yoxdu. Əgər bacarmıyacaqdımsa o zaman üzərimə götürməyəcəkdim.

- Necə olur ki, bu qədər incə qala bilirsən?

- Mən diet saxlayan biri deyiləm. Yeməyi çox sevirəm. Aclığa heç dözümüm yoxdu. Mən bu yöndə atam tərəfə oxşamışam. Kababı çox sevirəm. Ac olanda özümü itirirəm. Yəni yemək sevgim çox fərqlidir. Hətta verliş zamanı Alişana deyirəm ki, bir az da gec olsa bayılacam. O da reklam arası bir şeylər yeyirəm. Amma kökəlmirəm, tipim budur. 36 bədən ölçüsündən irəli gedə bilmirəm.



- Alişan demişkən bir küsdünüz, bir barışdınız. Bir yerdə yenə proqrama davam edirsiz.

- Bizə bir yerdə proqram aparmaq təklifləri durmadan gəlirdi. Əslində bizim bir-birimiz pul üçün ehtiyacımız yox idi. Sadəcə bir birlikdə bütünük. Arada olan küslükdə unudulub. Biz çox yaxşı anlaşırıq. Belə olmasa bir yerdə o enerjiylə veriliş apara bilmərik. Alişan pozitiv və əyləncəli insandır. Mən onun xoşbəxt olmasını istəyirəm. Alişanda bunu bilir. Mənə tanış oldugu qızlardan danışır, fikirlərimi öyrənir, mənə güvənir. Alişan mənim oğullarımın dayısıdır. Küslük olur və bitir. Bu ən dogru olandı.

- Serial təklifiləri varmı?

- Var, amma hələki işim çoxdu. Bir neçə yerə parçalana bilmirəm. İnşallah gələcəkdə ola bilər.

- Və son…Sonu sevirsinizmi?

- Son yoxdur mənim üçün. Hər sondan sonra bir başlanğıc var…






Məhsəti Şərif, İstanbul
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti