Abşeronda top mərmisi tapılıb

Abşeronda top mərmisi tapılıb
  07 Noyabr 2019    Oxunub:1036
Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 130 mm-lik top mərmisi (OF-482) tapılıb.
Bu barədə Azvision.az -a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Bildirilib ki, noyabrın 6-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən agentliyə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Abşeron rayon Polis İdarəsinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd tərkibində partlayıcı maddə olmayan 130 mm-lik top mərmisi (OF-482) aşkar olunub götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Azvision.az



Teqlər: ANAMA   Mərmi  





Xəbər lenti